Range Rover Veritas


«Vorsteiner» alman tüninq şirkəti məhdud seriya ilə buraxılan 5 eksklüziv «Range Rover Veritas» yolsuzluq avtomobilini təqdim edib. Modelinin tamamlanması və fərdiləşdirilməsi üzərində «Vorsteiner»-in ABŞ-dakı əməkdaşları çalışıblar. Şirkətin 10 illik yubileyi münasibətilə hazırlanan «Range Rover» bahalı interyerlə uyğunlaşan xarici yeniliklər əldə edib.
Ardı →

Jaguar XE


Cenevrə avtosalonu Britaniyanın Jaguar şirkətinin gələcək planlarını bölüşmək üçün yaxşı fürsət olub. Şirkətin rəsmi açıqlamalarına görə, tezliklə Jaguar modellərinə yeni kompakt XE sedanı əlavə olunacaq.


Ardı →

İlin ən yaxşı avtomobilləri

“Playboy” jurnalı 2014-cü ilin ən yaxşı 13 avtomobilini müəyyənləşdirib.

Jurnal «İlin avtomobili» nominasiyasında birinciliyə «Jaguar»ın «F-Type» modelini layiq görüb. «F-Type» istər görünüş, istərsə də işləmə mexanizminə görə mütəxəssislərdən yüksək qiymət alıb.


Siyahıda müxtəlif kateqoriyalar üzrə əsas və 2-ci dərəcəli qaliblər bunlardır:

İdman avtomobilləri
Əsas qalib: Chevrolet Corvette Stingray (2014)
Qaliblər: Aston Martin (2015), SRT Viper (2014), Porsche Cayman (2014)
Sedanlar
Əsas qalib: Mercedes-Benz CLA250 (2014)
Qaliblər: Cadillac CTS (2014), Audi RS 7 (2014), Mazda 3 (2014)
Ekoloji avtomobillər
Əsas qalib: Honda Accord Hybrid (2014)
Qaliblər: BMW i3 (2014), Tesla Model S (2014), Chevrolet Cruze Diesel (2014)
Krossoverlər
Əsas qalib: Land Rover Range Rover Sport (2014)
Qaliblər: BMW X5 (2014), Subaru Forester (2014)

Avtomobil həvəskarlarının diqqətinə:
Changan barter şərtlərindən yararlandığınız zaman 1 illik servis sizə ödənişsiz təklif olunur.


Davamı →

Audi S1 Sportback

Almaniyanın Audi şirkətinin S seriyasından olan Audi S1 və S1 Sportback modelləri rahatlığı sevənlər üçün nəzərdə tutulub. Avtomobillərin rəsmi təqdimatı martın əvvəlində Cenevrə avtosalonunda baş tutacaq.


Ardı →

Land Roverdən yenilik

Land Rover Defender öz pərəstişkarlarını yeniliklərlə sevindirməkdə davam edir. Şirkət Cenevrə avtosalonunda The Black Pack və Silver Pack modellərini təqdim edəcəyini açıqlayıb.

Yeni modellərdə əsas fərqləndirici xüsusiyyət interyer dizaynında olan rəng dəyişiklikləridir. Avtomobillərdə premium dəri oturacaqlar var. Bu oturacaqlar Ebony/Pimento, Ebony/Tan or Ebony/Lunar rənglərində təklif olunur. «Yulong White» rəngli model isə 2015-ci il Defender modelində olacaq.


Ardı →

Dünyanın ən sürətli avtomobili

Hennessey Venom GT avtomobili 435,31 km/saat sürət yığaraq, “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Rekord Kennedi adına Kosmik mərkəzin uçuş-enmə zolağında qeyd alınıb.

Hennessey Venom GT 300 km/saat sürəti 13,63 saniyəyə yığıb. Möhtəşəm avtomobili keçmiş mühəndis Brayan Smit sınaqdan keçirib.


Ardı →